Logo

“Bələdçi” proqramının növbəti buraxılışı yayımlanacaq

31.01.2021 14:54 622 baxış
IMG

Fevralın 1-i saat 20:00-da “Bələdçi” proqramının növbəti buraxılışı yayımlanacaq.


Budəfəki “Bələdçi"də fəlsəfə doktoru, karyera mütəxəssisi Vüsal Rzayev ilə universitetlərin karyera mərkəzləri müzakirə ediləcək. Müzakirədə karyera mərkəzlərinin qurulması, idarə olunması və inkişafı istiqamətində qabaqcıl təcrübələrə toxunulacaq. 

 

Proqramı Təhsil İdarəçiləri Assosiasiyasının "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

 

Qeyd edək ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi yayımlanan “Bələdçi”nin məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.

Xəbər lenti