Logo

NDU-da memarlar günü qeyd edilib

06.10.2020 10:42 575 baxış
IMG

Naxçıvan Dövlət Universitetində Memarlıq günü qeyd edilib

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində sərgi təşkil edilib. Sərgidə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev muxtar respublikada hər sahədə olduğu kimi memarlıq sahəsində də yaradılan imkanlardan danışıb. Bildirilib ki, tikinti sektorunun yüksək templə inkişaf etməsi, muxtar respublikada, şəhər və kəndlərdə yeni binaların tikintisi, köhnə binaların əsaslı şəkildə təmiri və yenidən qurulması bu sahənin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Vurğulanıb ki, bu gün həm də Beynəlxalq memarlar günü kimi də qeyd olunur. Rektor müəllimləri və gələcəyin memarlarını bu əlamətdar gün münasibətilə təbrik edib, belə sərgilərin keçirilməsinin tələbələrin gələcək perspektivlərinin dəyərləndirilməsində artan rolundan danışıb.

Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri, Memarlıq kafedrasının müəllimi Heydər Əhmədov fərdi sərgisini təşkil etdiyinə görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirilib ki, Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda – 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd olunur.

Sonra tələbələrə Memarlıq ixtisasına dair kitablar təqdim edilib. Sonda sərgiyə baxış olub.

Xəbər lenti