Logo

Paralimpiya çempionu məktəblilərlə görüşəcək

29.02.2024 12:15 186 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü martın 1-də Bakıdakı 65 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə bildirilib ki, layihənin budəfəki qonağı cüdoçu, ikiqat paralimpiya çempionu, ikiqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Xəbər lenti