Logo

DİM martın 17-də dövlət qulluğu üzrə imtahan verəcək namizədlərə müraciət edib

12.03.2024 16:46 159 baxış
IMG

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə martın 17-də test imtahanı verəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Martın 17-də digər vəzifə qrupları (AB, AC, BA) üzrə imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (5 saylı tədris binası) keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiqləyən sənədin əslini təqdim etməlidirlər.

Xəbər lenti