Logo

Test mərhələsindən azad edilən şəxslər vergi orqanlarına birbaşa müsahibə yolu işə qəbul olunurlar

13.03.2024 17:31 150 baxış
IMG

"Vergi orqanlarında işə qəbul yaşı 35-dir. Amma müəyyən kateqoriyada olan şəxslər var ki, onlara yaş məhdudiyyəti tətbiq olunmur. Həmin şəxslər də test mərhələsindən azad olunanlardır".

Tehsil.biz xəbər verir ki, bunu Vergi Xidmətinin Hüquq Baş idarəsinin rəisi Anar Rzayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 13-də keçirilən iclasında “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində deyib.

İdarə rəisi qeyd edib ki, test mərhələsindən azad olunan şəxslər birbaşa müsahibə yolu işə qəbul olunurlar:

"Ona görə də həmin şəxslərə yaş həddi tətbiq olunmur. Həmin şəxslər isə daha çox yuxarı vəzifələrə təyin olunanlardır. Məsələn, xidmət rəisinin müşaviri vəzifəsi, baş idarə rəisi vəzifəsi. Onlar ilk dəfə vəzifəyə qəbul olunanda bugünkü günə əsaslanaraq onlara ən aşağı - müfəttiş rütbəsini verməyə məcbur idik".

Xəbər lenti