Logo

Fransada 30-a yaxın məktəb bomba təhlükəsinə görə bağlandı

25.03.2024 23:27 141 baxış
IMG

Fransanın şimal-şərqində 30-a yaxın təhsil müəssisəsi bomba təhlükəsinə görə bağlanıb. 

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bəzi məktəblərdə şagirdlər təxliyə edilib.

Məlumata görə, daxili poçt sistemi vasitəsilə təhdid mesajları ən azı 30 təhsil müəssisəsi tərəfindən alınıb.

Mesajlarda məktəblərin bombalandığı bildirilib, naməlum şəxs “bütün binanı partlatmaqla” hədələyib.

Qeyd olunub ki, ötən həftənin sonunda 150-dən çox Fransa məktəbi bomba hədəsi alıb.

Xəbər lenti