Logo

39 Nobelçi Putinə açıq məktub yazıb

28.03.2024 09:24 146 baxış
IMG

39 Nobel mükafatçısı Rusiya Prezidenti Vladimir Putinə açıq məktub yazıb.

Tehsil.biz xəbər verir ki, bu barədə “T-invariant” portalı məlumat yayıb.

Bildirilib ki, bəşəriyyət dünya müharibələrinin dəhşətlərindən demokratiya prinsiplərinə və beynəlxalq insan haqları hüququna riayət etdikdə özünü məhv etməkdən qaçıra bilər. Buna görə də Nobel mükafatçıları dünya liderlərini beş bəndi həyata keçirməyə çağırıblar:

Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırılsın;

Rusiyada insan haqları və demokratik müxalifət dəstəklənsin;

Demokratik və müharibə əleyhinə siyasi əqidələrinə görə repressiya riski altında olan və sığınmağa ehtiyacı olan Rusiya vətəndaşlarına dəstək gücləndirilsin;

Rejimin dəyişməsində rolu kritik olan müstəqil Rusiya mediası da daxil olmaqla, Rusiyanın demokratik anti-Putin təşkilatları dəstəklənsin;

Rusiyada Putinin qeyri-legitim hakimiyyəti tanınmasın.

Xəbər lenti