Logo

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

28.03.2024 13:10 104 baxış
IMG

Milli Kitabxana tərəfindən “Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin - 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, Teymur Elçinin 100 illik yubileyi münasibətilə hazırlanan virtual sərgidə ictimai xadimin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqi notları, haqqında ədəbiyyatlar və dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Teymur_Elchin/index.htm linkindən istifadə edə bilərlər.

Sərgi 1 həftə davam edəcək.

Xəbər lenti