Logo

Müşavir: "Psixoloqların diaqnostik qiymətləndirilmədən keçirilməsi planlaşdırılır"

01.04.2024 13:53 172 baxış
IMG

"Məktəblərdə psixoloqlarla bağlı problemlər var. Həmin psixoloqların diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada bildirib.

R.Ağayev qeyd edib ki, şagird sayı 1000-dən çox olan məktəblərdə hər 500 uşağa bir psixoloq düşür, eyni zamanda, psixoloqların işə qəbulu da mərkəzləşdirilmiş qaydada imtahan vasitəsilə həyata keçirilir:

“Bildirməliyəm ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə 2048 şagird psixoloqa müraciət edib. Onlardan 1734- ü konsultasiya olunub, 737 uşaq psixoloqa yönəlib".

Xəbər lenti