Logo

Şagirdlər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyaları ilə tanış olublar - FOTO

06.05.2024 20:47 173 baxış
IMG

Bakı şəhəri Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyalarında olublar.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, şagirdlər laboratoriyalarda qurğu və müasir cihazlarla tanış olub, onlara distillə suyun alınması və axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının aparıldığı qurğu haqqında geniş məlumat verilib.

Sonra Analitik kimya laboratoriyasının rəhbəri, dosent Aydın Paşacanov şagirdlərə laboratoriyada aparılan elmi işlərin perspektivliyi haqqında danışıb. Laboratoriyanın işçiləri tərəfindən şagirdlər üçün maraqlı olan bəzi reaksiyalar əyani şəkildə göstərilib.

Xəbər lenti