Logo

BMU-nun əcnəbi tələbələri Quba və Qusar rayonlarında olublar - FOTO

06.05.2024 22:34 156 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələrin Quba və Qusar rayonlarına səfəri təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan məlumat verilib.

Səfər əcnəbi tələbələrə Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq məqsədilə BMU-nun Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinin nəzdində fəaliyyət göstərən “International student club” tərəfindən həyata keçirilib.

Səfər zamanı əcnəbi tələbələr qeyd olunan regionlarda yerləşən tarixi abidələr barədə məlumatlandırılıb. Eyni zamanda tələbələr bölgənin digər görməli yerləri ilə yaxından tanış olublar.

Xəbər lenti