Logo

Autizmli gənclər dəb sərgisində - FOTO

07.05.2024 10:00 229 baxış
IMG

Mayın 3-də Gənclik Mall-da qeyri kommersiya təşkilatı olan “Birgə və Sağlam” İctimai Birliyi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və PAŞA Malls-ın birgə təşkilatçılığı ilə autizmli şəxslər üçün tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir çərçivəsində autizmli gənclər üçün konsert  və əyləncə proqramı təşkil edilib, həmçinin gənclərimiz tərəfindən qonaqlara dəb sərgisi nümayiş olunub.

Tədbir çərçivəsində autizmli gənclərdən ibarət “Mavi Ürəklər” Xor və Ritm qrupunun musiqili çıxışları qonaqlara təqdim olunub. 

Qeyd edək ki, tədbirin məqsədi autizmli şəxslərin cəmiyyətə qazandırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Xəbər lenti