Logo

Təhsilhaqqısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

07.05.2024 12:47 182 baxış
IMG

Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir.

Tehsil.biz xəbər verir ki, “Təhsil haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin mayın 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.

Sənədə görə, həmçinin müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir.

Layihəyə əsasən, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.

Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti