Logo

Məktəblərdə ekoloji mövzular müzakirə olunur - FOTO

07.05.2024 14:03 162 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər, o cümlədən konfrans, forum, dəyirmi masa və seminarlar, ağacəkmə aksiyaları, təmiz ətraf mühit barədə müsabiqə və ekodüşərgələr təşkil edilib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, tədbirlərin keçirilməsinin əsas məqsədi ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarətdir.

Tədbirlərdə çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini şagirdlərin diqqətinə çatdırıblar.

Qeyd edilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətin genişləndirilməsinə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin intensivləşməsinə töhfə verir.

Tədbirlərdə cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi diqqətə çatdırılıb. Belə tədbirin ölkəmizdə keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətindəki səmərəli fəaliyyətinin təqdir olunması kimi qiymətləndirildiyi vurğulanıb.

Xəbər lenti