Logo

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

07.05.2024 15:58 145 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) iki tələbəsi Vale-Tudo İdman Klubu İctimai Birliyinin təşkil etdiyi “Dəmir Yumruq Pro 6” açıq turnirində birincilik əldə ediblər.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, turnirdə tələbələr Fəqani Bayramlı grappling idman növü üzrə 80 kq, Tuqay İsmayılbəyli isə MMA üzrə 54 kq çəki dərəcəsində mübarizə aparıblar. Hər iki tələbə açıq turniri birinciliklə tamamlayıb.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili turnirdə qalib gələn tələbələrlə görüşüb, onları qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edib. O qeyd edib ki, tələbələr arasında idman növlərinə marağı artırmaq və sağlam həyat tərzini təşviq etmək istiqamətində universitet hər il müntəzəm işlər aparır. İdmançı tələbələr universitet rəhbərliyi tərəfindən daim dəstəklənir.

İdmançı tələbələr onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edib, bundan sonra da qazandıqları nailiyyətlərlə hər kəsi sevindirəcəklərini söyləyiblər.

Qeyd edək ki, Fəqani Bayramlı bundan əvvəl də bir sıra yerli və beynəlxalq yarışlarda iştirak edib, medallar qazanıb.

Xəbər lenti