Logo

AzTU ilə Bakı Gəmiqayırma Zavodu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

07.05.2024 17:54 180 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Səfər zamanı AzTU nümayəndələri zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev və əməkdaşlarla görüşüblər.

Görüşdə universitet-sənaye işbirliyinin inkişafı, AzTU-nun bakalavr tələbələrinin zavodda istehsalat, magist tələbələrinin elmi-tədqiqat təcrübəsi keçmələri, doktorantların elmi-tədqiqat işlərinə cəlb olunmaları istiqamətində fikir mübadiləsi aparılıb. Bundan başqa, birgə konfransların, karyera sərgilərinin keçirilməsi də müzakirə olunub.

Görüşün sonunda universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Daha sonra AzTU-nun nümayəndə heyəti zavodun ərazisini gəzib, burada görülən işlərlə tanış olublar.

Xəbər lenti