Logo

Tanınmış təhsil mütəxəssisi məktəblilərlə görüşəcək

08.05.2024 11:05 180 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Görüş mayın 10-da paytaxtdakı 20 nömrəli məktəb-liseydə baş tutacaq.

BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Əməkdar elm xadimi, professor Şahlar Əsgərov olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Xəbər lenti