Logo

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

08.05.2024 11:54 124 baxış
IMG

Bu gün Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 105-ci ildönümü tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı geniş kitab sərgisi hazırlanıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. 

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti