Logo

MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR

08.05.2024 15:02 286 baxış
IMG

2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqə üzrə qeydiyyat 15 may saat 11:00-dan 22 may saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış ola bilərsiniz:

Xəbər lenti