Logo

Fizika İnstitutunda Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO

08.05.2024 21:58 136 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Tədbirdə institutun baş direktoru akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyindən, onun gördüyü işlərin uğurlu nəticələrindən bəhs edib.

Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova Heydər Əliyevin Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə Vətəninin, xalqının gələcəyi üçün çalışdığını söyləyib. Professor Ümummilli Liderin hakimiyyətə qayıdışından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva, laboratoriya rəhbəri texnika elmlər doktoru Əli Məmmədov, elmi işçi Bayram Xudayarov, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına verdiyi misilsiz töhfələrdən bəhs ediblər. Vurğulayıblar ki, Ulu Öndərin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Xəbər lenti