Logo

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

08.05.2024 22:10 175 baxış
IMG

Mayın 10-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək.

“Açıq qapı” günü mayın 10-da saat 11:00-dan 15:00-dək davam edəcək. Giriş sərbəstdir.

Ünvan: Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Koroğlu Rəhimov küçəsi 76

Xəbər lenti