Logo

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi” - FOTO

08.05.2024 22:22 198 baxış
IMG

Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Əbədi ömrün ikinci yüzilliyi” adlı konfrans keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdən əvvəl universitet rəhbərliyi Fəxri xiyabanda Ulu Öndərin və görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Universitetin Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu ilə keçirilən konfrans Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti təkcə Azərbaycanın coğrafiyası ilə məhdudlaşmır: “O, postsovet ölkələrinin tarixində də önəmli rol oynamış qlobal miqyaslı şəxsiyyətdir. Ulu Öndərin işləyib-hazırladığı müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün də mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza rolunu oynamaqdadır. Heydər Əliyevin uzun illər ərzində formalaşdırdığı möhkəm bünövrə İlham Əliyevə imkan verdi ki, öz prezidentliyi dövründə Azərbaycanı sürətli inkişaf yoluna çıxarsın, ölkənin hərbi qüdrətinin durmadan artırılmasını və beynəlxalq dəstəyi təmin etsin. Məhz belə zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət nəticəsində torpaqlarımız silah gücünə işğaldan azad edildi, ölkənin bütün əraziləri üzərində Azərbaycan dövlətinin suverenliyi tam bərqərar olundu”.

Sonra konfrans iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər.

Tədbirdə “Qarabağ Zəfəri-Heydər Əliyev siyasətinin davamının məntiqi nəticəsidir”, “Ekoloji problemlərin həlli Heydər Əliyevin çoxşaxəli fəaliyyətində prioritet istiqamətlərdən biri kimi, “Heydər Əliyevin gənclər siyasəti: dünəndən bu günə” mövzusunda çıxışlar dinlənilib.

​​​​​​

Xəbər lenti