Logo

Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşdü - FOTO

08.05.2024 22:47 145 baxış
IMG

Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.

Tehsil.biz xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nazir Tekin Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (QİK) 11-ci Dövr Toplantısı münasibətilə Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb.

Nazirlərin görüşündə iki ölkə arasında davam edən və planlanan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb.

Xəbər lenti