Logo

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

09.05.2024 10:30 152 baxış
IMG

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası, virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, “Böyük qələbə (1941-1945)” adlı elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Müharibə haqqında sitatlar”, “İkinci Dünya müharibəsi - xülasə”, “Azərbaycan Böyük Vətən müharibəsində”, “Xatirələr, məktublar”, “Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi”, “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.

Virtual sərgidə müharibə haqqında fotolar, nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Ənənəvi kitab sərgisində isə müharibə tarixinə dair əsərlər, faşizm üzərində tarixi qələbənin qazanılmasında qəhrəmanlıqla vuruşan xalqımızın mərd oğullarının həyat yolundan bəhs edən kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti