Logo

“WhatsApp”da daha bir yenilik

09.05.2024 11:59 193 baxış
IMG

“WhatsApp” mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək.

Tehsil.biz bu barədə "WABetaInfo"ya istinadən xəbər verir.

Qeyd olunub ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər. Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.

Məlumata görə, yenilik “WhatsApp” mesencerinin “iOS” əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.

Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olub.

Xəbər lenti