Logo

AzTU-nun iki komandası dünyanın ən böyük robot festivalının qalibi olub - FOTO

09.05.2024 15:41 278 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. AzTU-nun yarışmada iştirak edən 2 komandasının hər biri qalib olub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, AzTU-nun doktorantları Türkanə Qəhrəmanlı və Xumarə Qəhrəmanlının  komandaları “Water rally” və “Girls’ Firefighting” kateqoriyaları üzrə universitet səviyyəsində olan yarışmada I yerə layiq görülüb.

Qeyd edək ki, Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir.

AzTU-nun rektoru Vilayət Vəliyev qaliblərlə görüşüb, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Xəbər lenti