Logo

Regional idarədən məktəblinin bıçaqlanması ilə bağlı AÇIQLAMA

03.05.2024 11:59 205 baxış
IMG

Mayın 2-də Gəncə şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri arasında dərsdən sonra məktəb binasından kənarda insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaşanıb.

Bu barədə "Tehsil.biz"ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib

Qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır:

"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Məktəb rəhbərliyi və kollektivi insident zamanı xəsarət almış şagirdə baş çəkib, vəziyyəti ilə maraqlanıb.

Şagirdin vəziyyəti yaxşı olaraq qiymətləndirilir".

Xəbər lenti