Logo

Gəncədə məktəbli bıçaqlanıb, şübhəli şəxs saxlanılıb

02.05.2024 21:33 183 baxış
IMG

Gəncədə məktəbli bıçaqlanıb.

Tehsil.biz xəbər verir ki, hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbdə baş verib.

Sözügedən məktəbin şagirdi olan oğlan bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə məktəbdən kənar, saat 15:00 radələrində baş verib.

Xəbər lenti