Logo

UNEC-də 20 Yanvara həsr olunmuş hibrid kitab sərgisi təşkil olunub

19.01.2026 18:45 42 baxış
IMG

UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən 20 Yanvar faciəsinin anım günü ilə əlaqədar ənənəvi və virtual formatda hibrid kitab sərgisi təşkil  olunub.

Sərgi çərçivəsində Əsaslı kitabxana, 24/7 kitabxana və UNEC-in tədris binaları üzrə kitabxanalarda 20 Yanvar hadisələrinə həsr olunmuş nəşrlər nümayiş etdirilib. Oxucuların məlumatlandırılması məqsədilə hüzn gününü əks etdirən kitablar, elmi araşdırmalar və müxtəlif çap materiallarından ibarət tematik guşələr yaradılıb.

Eyni zamanda, Mərkəzin rəsmi veb səhifəsində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş virtual kitab sərgisi təqdim edilib. “20 Yanvar – Ümumxalq Hüzn Günü” adlı virtual sərgidə müxtəlif müəlliflərin araşdırmaları, hadisə şahidlərinin xatirələri və tarixi faktlara əsaslanan nəşrlər yer alıb.

Sərgi oxuculara 20 Yanvar faciəsinin mahiyyətini daha dərindən anlamaq, tarixi yaddaşı qorumaq və gələcək nəsillərə ötürmək baxımından mühüm imkan yaradır.

Xəbər lenti