Logo

Məktəbliləri maşın vurdu

13.01.2026 18:17 112 baxış
IMG

Qusarda məktəbliləri avtomobil vurub.

Hərəkətdə olan avtomobil 2 saylı orta məktəbin qarşısında yolu keçmək istəyən iki məktəbli qızı vurub.

Hadisə nəticəsində məktəblilər - 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti