Logo

Kyungpook Milli Universitetində qonaq alim kimi tədris imkanı

16.01.2026 12:50 34 baxış
IMG

Koreya Respublikasının Kyungpook Milli Universiteti “Visiting Scholars” (Qonaq alimlər) proqramı çərçivəsində müraciətlərin qəbulunu elan edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, proqram qonaq alimlərə bakalavriat və ya magistratura səviyyəsində təhsil alan tələbələrə müvafiq fənlərin onlayn formatda tədrisinə imkan yaradır. Seçilən namizədlər 1 ay müddətində universitetin onlayn tədris prosesinə qoşulacaq, həmçinin Kyungpook Milli Universitetinin akademik təcrübəsi ilə yaxından tanış olmaq fürsəti əldə edəcəklər.

Proqrama müraciətlər yanvarın 30-dək qəbul ediləcək.

Xəbər lenti