Logo

ADPU tələbələrinin tədbiri: 20 Yanvar – gənclərin gözü ilə

19.01.2026 11:52 32 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Nəriman Nərimanovun xatirə muzeyində “20 Yanvar – gənclərin gözü ilə” adlı bədii tədbir keçirilib.

ADPU-dan bildirilib ki, tədbirdə universitetin fəal tələbələri, muzey rəhbərliyi və muzeyin elmi rəhbəri iştirak ediblər. Görüş gənclərin tarixi yaddaşının formalaşdırılması və milli-mənəvi dəyərlərin aşılanması məqsədilə təşkil edilib.

Ümumi tarix və tarixin tədris texnologiyası kafedrasının dosenti Taleh Cəfərov tələbələrə 20 Yanvar faciəsi haqqında məlumat verib, mövzu ilə bağlı sualları cavablandırıb.

Tədbir çərçivəsində tələbələr 20 Yanvar mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində olmaqla mövzunun müxtəlif aspektlərini əhatə edib.

Daha sonra iştirakçılar muzeydə sərgilənən eksponatlarla tanış olublar.

Xəbər lenti