Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində yaradılması ilə bağlı görüş keçirilib.
Görüş zamanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin İcraçı direktoru Aqşin Bağırov və Konfutsi Mərkəzinin rəhbəri Li Jihua iştirak edib. Sözügedən filialın yaradılmasının bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və mədəniyyətinə marağının artırılmasına, eləcə də beynəlxalq təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Qeyd edilib ki, filialın fəaliyyəti çərçivəsində Çin dilinin tədrisi, mədəniyyət proqramları, müəllim və şagird mübadiləsi, müxtəlif elmi-mədəni tədbirlərin təşkili nəzərdə tutulur.