Logo

“İlin Alimi-2025” mükafat müsabiqəsinin nəticələri açıqlanıb

19.01.2026 11:51 28 baxış
IMG

Azərbaycan Elm Fondu (AEF) tərəfindən keçirilmiş “İlin Alimi-2025” mükafat müsabiqəsi üzrə təqdim olunmuş elmi işlərin qəbul və elmi ekspertiza mərhələsi başa çatıb.

Bu barədə AEF-dən bildirilib. Müsabiqə çərçivəsində təqdim edilmiş elmi işlər Azərbaycan Elm Fondunun daimi və müstəqil ekspertləri tərəfindən beynəlxalq qiymətləndirmə meyarları əsasında obyektiv və şəffaf şəkildə qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, müsabiqə üzrə maliyyələşdirilməsi və mükafatlandırılması tövsiyə olunan qaliblər müəyyən edilib.

Alim və tədqiqatçılar üzrə nominasiyalarda I yerə Rasim Alosmanov (mükafat məbləği 2500 manat), II yerə Şəhriyar Muxtarov (mükafat məbləği 2000 manat), III yerə Elçin Hüseynov (mükafat məbləği 1500 manat) layiq görülüblər.

Gənc alim və tədqiqatçılar (35 yaşadək) üçün nominasiyalarda I yeri Lalə Qəhramanlı (mükafat məbləği 1500 manat), II yeri Raisə Haxiyeva (mükafat məbləği 1000 manat), III yeri isə Fidan Qüdrətova (mükafat məbləği 500 manat) tutub.

Qaliblər 2026-cı ilin yanvar ayında keçiriləcək rəsmi təqdimat mərasimində mükafatlandırılacaq.

Xəbər lenti