Mingəçevir Dövlət Universiteti və “Techera” şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhəri, Zərdab, Kürdəmir, Ucar, Ağdaş, Göyçay və Yevlax rayonlarının məktəblilərini əhatə edən Regional Riyaziyyat Olimpiadasının Mingəçevir şəhəri üzrə imtahanları keçirilib.
Olimpiadanın əsas məqsədi regionda istedadlı və bilikli şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, eləcə də şagirdlər arasında sağlam və motivasiyaedici rəqabət mühiti formalaşdırmaqdır.
Olimpiadada regionun ümumtəhsil məktəblərindən olan istedadlı şagirdlər qatılıblar. Onlar müxtəlif çətinlik səviyyəli riyazi tapşırıqlar vasitəsilə biliklərini sınayır, öz bacarıqlarını nümayiş etdirirlər. Olimpiadanın növbəti imtahanlarında qeyd edilən digər rayonların şagirdləri də iştirak edəcəklər.