Logo

“Təhsildə incəsənət” layihəsi üzrə ilk tədbir keçirilib

15.01.2026 13:26 37 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Təhsildə incəsənət” layihəsi üzrə ilk tədbir keçirilib. Layihə çərçivəsində şagirdlərin dram dərnəyində iştirakı təmin olunmaqla onların ünsiyyət, özünüifadə və yaradıcı düşünmə kimi təhsil üçün vacib olan bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Bu məqsədlə 150 nömrəli tam orta məktəbdə 9–12 və 13–16 yaş qrupları üzrə ümumilikdə 30 şagird üçün dörd ay müddətində fəaliyyət göstərəcək “İncəsənət dərnəyi” yaradılacaq. Dərnək çərçivəsində şagirdlərin aktyorluq, nitq və səhnə bacarıqlarının inkişafı, eləcə də tamaşaların hazırlanması istiqamətində məşğələlər keçiriləcək.

Layihə müddətində Abdulla Şaiqin “Tıq-tıq xanım” və Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” əsərləri əsasında hazırlanan tamaşaların üç dəfə səhnələşdirilməsi və bununla da, 300-ə yaxın təhsilalanın yaradıcı prosesə cəlb edilməsi planlaşdırılır.

“Təhsildə incəsənət” layihəsi 150 nömrəli tam orta məktəbdə həyata keçirilir. Layihənin əsas məqsədi incəsənət vasitəsilə şagirdlərin şəxsi və sosial bacarıqlarının inkişafına dəstək olmaqdır.

Xəbər lenti