Logo

ADU müəllimləri Bakı Təşəbbüs Qrupunun beynəlxalq konfransında iştirak ediblər

19.01.2026 18:41 37 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Qərb və Şərq ölkələri üzrə Regionşünaslıq kafedralarının müəllimləri 16 yanvar 2026-cı il tarixində Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak ediblər.
Beynəlxalq konfrans “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusuna həsr olunub. Tədbirdə Hindistanda 1984-cü ildə siqhlərə qarşı törədilmiş kütləvi zorakılıqlar, eləcə də bu hadisələrlə bağlı onilliklər boyu davam edən cəzasızlıq mühiti müzakirə edilib.
Konfransda ADU-nun Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri dosent Bəhmən Əliyev, Ülviyyə Yaşarlı və Aygün Seyidova, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri isə dosent Rəna Rəcəbli, Şəhla Xələfova, Aysel Kərimova, Şəfəq Mustafayeva, Nailə Məmmədova, Kəmalə Qurbanlı, Aygün Soltanzadə və Nigar Dünyamalılı iştirak ediblər.
Konfransın sonunda Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Nailə Məmmədova çıxışı ilə fəallıq nümayiş etdirib. O, Azərbaycanda 30-dan çox etnik qrupun yaşadığını, müxtəlif dinlərə – xristianlıq, islam və yəhudiliyə sitayiş edən vətəndaşların ölkəmizdə sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadıqlarını vurğulayıb. Bu faktın Azərbaycanın multikultural və tolerant dövlət olduğunu sübut etdiyini bildirib.
Nailə Məmmədova həmçinin Cənub-Şərqi Asiyada yerləşən İndoneziya nümunəsini diqqətə çatdıraraq qeyd edib ki, 286 milyon əhalisi olan bu ölkədə 330 etnos, 1340 etnik qrup mövcuddur və 6-dan çox dinə etiqad edilir. Buna baxmayaraq, ölkə əhalisi vahid cəmiyyət çərçivəsində mehriban şəkildə yaşayır.
Bu nümunələri əsas gətirən müəllim Hindistanın niyə öz ərazisində yaşayan bütün etnik və dini qrupları eyni şəkildə qucaqlaya bilmədiyi ilə bağlı sual ünvanlayıb. Sual Hindistanın Siqh Federasiyasının üzvü tərəfindən cavablandırılıb.

Xəbər lenti