Logo

DİM: 22 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

14.01.2026 17:55 34 baxış
IMG

2025-ci il dekabrın 18-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, elan üzrə 22 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Bu vəzifələr üzrə qeydiyyatdan keçmiş 124 namizədlə 145 müsahibənin keçirilməsi planlaşdırılır. Müsahibələrin yanvarın 27-dən fevralın 18-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti