Logo

Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurub

14.01.2026 11:41 90 baxış
IMG

Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bədirli kəndində qeydə alınıb.

Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Xəsarət alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya hospitalizasiya olunub.

Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti