Logo

ADNSU-da Əbu-Dabi Universitetinin rektoru ilə görüş olub

24.09.2025 09:18 42 baxış
IMG

Sentyabrın 23-də Əbu-Dabi Universitetinin rektoru Qassan Aouad Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov ilə görüşüb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, ADNSU-da keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlıq perspektivləri müzakirə olunub. Rektor Rüfət Əzizov qonağa universitetin tarixi, beynəlxalq əlaqələri və müasir tədris sistemi barədə ətraflı məlumat verib.

Qassan Aouad görüş üçün təşəkkürünü bildirib və ADNSU haqqında kifayət qədər məlumatlı olduğunu qeyd edərək universitetlə əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayıb.

Görüş çərçivəsində tərəflər tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi, doktorantura səviyyəsində mübadilə proqramlarının təşkili və digər elmi əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Sonda qonaq ADNSU-nun laboratoriya və kompüter otaqlarında olub və burada tələbələr üçün yaradılmış müasir təhsil və elmi-tədqiqat şəraitini yüksək qiymətləndirib.

 

 

 

 


 

Xəbər lenti