Logo

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18.09.2025 15:07 34 baxış
IMG

Lənkəran Dövlət Universitetinin (LDU) məzunları – Ehtiram Əhmədzadə və Muhəmməd Əlizadə Türkiyənin nüfuzlu Qafqaz (Qars) Universitetinin Baytarlıq fakültəsində “Qida gigiyenası və istehsalı” ixtisası üzrə doktoranturaya qəbul olunublar. 

Bu barədə TƏHSİL.BİZ -ə LDU-dan məlumat verilib.

Bildirilib ki, tələbələr universitetdə 2023-cü ildə Qida mühəndisliyi ixtisası üzrə bakalavr, 2025-ci ildə isə Qida təhlükəsizliyi ixtisası üzrə magistr təhsillərini uğurla başa vurublar.

Qeyd edək ki, Lənkəran Dövlət Universiteti ilə Qafqaz (Qars) Universiteti arasında ikili əməkdaşlıq müqaviləsi mövcuddur.

Xəbər lenti