Logo

Naxçıvan məktəbi “İnnovativ məktəb” layihəsinin qalibi olub

10.09.2025 10:43 28 baxış
IMG

Naxçıvan şəhər V.Mahmudov adına 9 nömrəli tam orta məktəb "İnnovativ məktəb" layihəsinin 2025-2026-cı tədris ili üçün seçilən məktəbləri sırasına daxil olub. 

TƏHSİL.BİZ  xəbər verir ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "ORT İsrail" məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Təhsil müəssisəsinin əvvəlcə məqsədə uyğunluğu qiymətləndirilib. Daha sonra məktəb rəhbərliyi idarəetmə bacarığı, innovativ yanaşma və strateji düşüncə, texnologiyadan istifadə qabiliyyəti və təhsil sahəsində vizyon bacarıqlarına əsasən müsahibə mərhələsindən keçərək uğur qazananlar sırasına daxil olub.

Layihəyə qoşulmaqda əsas məqsəd şagirdlərdə tənqidi və yaradıcı düşüncə tərzini formalaşdırmaq, onların elmi və texnoloji biliklərini gündəlik həyatda tətbiq etmək bacarıqlarını inkişaf etdirmək, eləcə də yaradıcı və analitik təfəkkürə malik fərdlər yetişdirməkdir. Layihə vasitəsilə şagirdlər arasında komanda işi, layihə əsaslı öyrənmə, təqdimat bacarığı və yeni texnologiyalarla işləmək kimi XXI əsr bacarıqları inkişaf etdiriləcək.

Xəbər lenti