Logo

IX sinif şagirdlərinin ingilis dili üzrə bilik səviyyəsinin B1-ə çatdırılması planlaşdırılır

09.09.2025 15:21 90 baxış
IMG

“Həm Elm və Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi tərəfindən CFA (Ümumi Avropa Dil Çərçivəsi) əsasında ölkədə icbari təhsildə, yəni 9-cu sinfin sonunda şagirdlərin müəyyən səviyyəyə çatması nəzərdə tutulub. Bu, o deməkdir ki, şagirdlər 9 il ərzində A1, A2 və B1 səviyyələrini mərhələli şəkildə mənimsəməlidirlər”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri 2025/2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “İngilis dili (Game Changer)” dərslik komplektinin məzmunu və tədris texnologiyasının xüsusiyyətlərinə həsr edilmiş vebinarda yeni ingilis dili dərslikləri üzrə layihə rəhbəri Ülkər Babayeva səsləndirib.

O bildirib ki, hazırkı dərslik, yəni “GameChanger 6” şagirdlərin A1-A2 səviyyəsinə keçidini təmin edən dərslikdir. “GameChanger 5” A1 səviyyəsinin sonunu, “GameChanger 6” isə A2-yə keçidi təmin edir. Məqsəd 9-cu sinfin sonuna qədər şagirdlərin B1 səviyyəsinə çatmasıdır.

Ülkər Babayeva vurğulayıb ki, burada ən önəmli faktor dərslikdən çox müəllimlərin səviyyəsidir: 

“C1 səviyyəsində olan müəllimlər şagirdləri B1 səviyyəsinə çatdıra bilərlər, amma B1 səviyyəsində olan müəllimlər üçün bu, çətin olacaq. Əgər müəllim özü çətinlik çəkirsə, uşaqları da həmin səviyyəyə çatdırmaq çətin olur”.

Xəbər lenti