Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsi çərçivəsində istehsalat təlimi ustalarının müsahibə və bacarıqlarının qiymətləndirilməsi mərhələsi hazırda davam edir.
Bu barədə TƏHSİL.BİZ -ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qiymətləndirmə prosesi Bakı, Bərdə, Qəbələ və Cəlilabad şəhərlərində yerləşən müvafiq peşə təhsili mərkəzlərində təşkil olunub. Namizədlərin praktiki bacarıqları və tədrisə hazırlıq səviyyəsi bu mərhələdə hərtərəfli qiymətləndirilir.