Logo

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

03.09.2025 17:07 57 baxış
IMG

Ümumilikdə, dünyada, regionda və ölkəmizdə gedən meyillərə uyğun olaraq biz də tədris prosesini bu reallıqlara uyğunlaşdırmaq üçün işlər aparırıq. Təbii ki, süni intellekt, böyük verilənlər bazası, kibertəhlükəsizlik sahəsində də müxtəlif istiqamətlər üzrə işlər görülür.

TƏHSİL.BİZ xəbər verir ki,bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev səsləndirib. 

O qeyd edib ki,  BDU-da süni intellektlə bağlı həm tədris prosesi, həm də tədqiqatlar aparılır və aparılacaq:

“Amma süni intellektin özünün yaratdığı təbii problemlərin tədqiqi ilə məşğul olmağı da qərarlaşdırdıq. BDU-da Beynəlxalq Türk Akademiyası ilə birlikdə Süni intellekt etikası kafedrasını təsis etdik. Bu ildən artıq biz bu istiqamətdə tədrisə başlayacağıq”.

Rektor bildirib ki, dissertasiyaların yazılması zamanı plagiatla yanaşı, süni intellektdən istifadə hallarının qarşısını almaq üçün də müvafiq səylər göstərilir:

“Çünki süni intellektdən istifadənin gündən-günə artması onun yaratdığı problemləri də dərindən araşdırmağı və müxtəlif preventiv tədbirlər görməyi qarşımıza bir aktual məsələ kimi qoyur. Bu məsələnin həm hüquqi, həm də sosial tərəfi var. Bu yanaşmalar bizi vadar edir ki, süni intellektin etikası məsələləri ilə məşğul olaq. BDU-da bu istiqamətdə çox ciddi işlər aparırıq”.

Xəbər lenti