Logo

RFO-nun ikiqat qızıl medalçısı Qarabağ Universitetində oxuyacaq

05.08.2025 16:58 37 baxış
IMG

Respublika Fənn Olimpiadasının ikiqat qızıl medalçısı Hüseyn Əbdürrəhimov müsabiqədənkənar qaydada Qarabağ Universitetinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edib.

Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov sosial şəbəkədəki hesabında paylaşıb.

O qeyd edib ki, Hüseyn Qarabağ Universitetində “Tarix” ixtisası üzrə təhsil almaq istəyir.  O, Mingəçevir şəhər 20 nömrəli tam orta ümumtəhsil mrektoru əktəbinin məzunudur.

“Hüseyn RFO-da 2 dəfə (2022/2023, 2023/2024 tədris illərində) tarix fənni üzrə qızıl medal qazanıb. RFO-nun ikiqat qızıl medalçısı olan Hüseyn Əbdürrəhimovu, onun müəllimlərini və valideynlərini təbrik edir, Qarabağ Universitetini seçdiyinə görə yüksək intellektli gəncimizə təşəkkürümüzü bildirir, ona tələbəlik illərində daha böyük uğurlar arzulayırıq. RFO-da iki dəfə qızıl medal qazanan gəncin Qarabağ Universitetini seçməsi bizi qürurlandırır!”

Xəbər lenti