Logo

AƏSMA-da AHİK könüllüləri ilə görüş keçirilib

06.12.2025 12:16 132 baxış
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Beynəlxalq Könüllülər Günü münasibətilə “AHİK könüllüləri” proqramının iştirakçıları ilə görüş keçirilib.

AƏSMA-nın rektor vəzifəsini icra edən Fərid Babayev könüllüləri təbrik edib, ölkəmizdə həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatının inkişafından danışıb. Qeyd olunub ki, artıq könüllülük fəaliyyəti ölkəmizdə geniş rəğbət qazanıb, xüsusilə gənclər bu imkandan yararlanaraq könüllülük hərəkatına fəal qoşulurlar.

Vurğulanıb ki, Konfederasiya tərəfindən həyata keçirilən “AHİK könüllüləri” proqramının iştirakçıları tədbirlərin təşkili və layihələrin icrasında mühüm rol oynayırlar.

Görüş zamanı könüllülər çıxış edərək proqram çərçivəsində əldə etdikləri bilik və təcrübənin onların sosial bacarıqlarının formalaşmasına, peşəkarlıqlarının artırılmasına və gələcək karyera planlarına müsbət təsir göstərdiyini bildiriblər.

Sonda AHİK könüllülərinə təşəkkürnamələr təqdim edilib.

Xəbər lenti