Logo

Azərbaycan və Gürcüstan arasında təhsil əməkdaşlığı genişlənir

06.12.2025 12:19 115 baxış
IMG

Dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Mariam Laşxi ilə görüş keçirib.

Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələrin inkişaf dinamikası, ümumi və ali təhsil pillələri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında müzakirələr aparılıb.

Tərəflər təhsil layihələrinin genişləndirilməsi, elm sahəsində birgə tədqiqatların təşviqi, tələbə və müəllim mübadiləsinin artırılması, həmçinin yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə fikir mübadiləsi ediblər.

Görüş dost və tərəfdaş ölkələr arasında təhsil əlaqələrinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Xəbər lenti