Logo

NDU-da Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib

05.12.2025 10:59 59 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbir Kimya kafedrasının təşkilatçılığı ilə “Akademik Yusif Məmmədəliyevin elmi-pedaqoji fəaliyyəti” mövzusunda baş tutub.

Tədbirdə çıxış edən Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Tofiq Əliyev “Akademik Yusif Məmmədəliyev xalqımıza baş ucalığı gətirən dünyaşöhrətli alimdir” mövzusunda çıxış edərək alimin dünya elminə verdiyi töhfələrdən, zəngin elmi irsindən danışıb. Vurğulanıb ki, Yusif Məmmədəliyev fundamental tədqiqatları ilə beynəlxalq aləmdə də tanınan elm xadimidir.

AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, dosent Əliəddin Abbasov “Akademik Yusif Məmmədəliyevin elmi fəaliyyəti” mövzusunda çıxış edərək onun neft-kimya sahəsində apardığı araşdırmalardan bəhs edib. Fakültənin dekanı, dosent Bəhruz Məmmədov isə “Akademik Yusif Məmmədəliyevin pedaqoji fəaliyyəti” barədə danışaraq alimin təhsilin inkişafına verdiyi töhfələrini diqqətə çatdırıb.

Kimya kafedrasının müdiri, dosent Şəmil Mahmudov “Yusif Məmmədəliyevin Azərbaycan Elmlər Akademiyasının yaradılmasında rolu”, kafedranın baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Pərvin Quliyev isə “Yusif Məmmədəliyev və Nobel mükafatı” mövzularında çıxış ediblər.

"Dəyirmi masa" Yusif Məmmədəliyevin çoxşaxəli elmi-pedaqoji fəaliyyətinə işıq salmaq baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilib.

Xəbər lenti