Logo

Kitabxana müdiri və kitabxanaçı işləmək istəyənlərin NƏZƏRİNƏ

04.12.2025 15:31 30 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə üçün sənəd qəbuluna start verilib.

Nazirlikdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, müsabiqəyə təhsil müəssisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 31, kitabxanaçı vəzifəsi üzrə isə 1 olmaqla ümumilikdə 32 vəzifə çıxarılıb.

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 5 dekabrdan 15 dekabradək şəxsiyyət vəsiqəsinin, diplomun, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə Təhsil şöbələrinə təqdim edərək qeydiyyatdan keçə bilərlər.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsində iştirakı təmin ediləcək.
Müsabiqə şərtləri ilə bağlı məlumat https://l24.im/x1QJ linkində, proqramla bağlı məlumat https://l24.im/1JnP linkində, vakant olan vəzifələrlə bağlı məlumat isə https://l24.im/AInP linkində yerləşdirilib.

Xəbər lenti